Modern.az

TRT-nin keçmiş rəhbəri Ərdoğanı CHP-yə qarşı müdafiə etdi

TRT-nin keçmiş rəhbəri Ərdoğanı CHP-yə qarşı müdafiə etdi

31 May 2018, 11:31

Cumhuriyyət Xalq Partiyasının ( CHP) prezidentliyə namizədi Muharrem İncənin Fətullah Gülənlə bağlı iddialarına yazar Nasuhi Güngör cavab verib.

 

Modern.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, İncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fətullah Gülənlə 2000-ci ildə görüşdüyünü iddia etmişdi. Buna sübut kimi Ərdoğanın dostu, TRT telekanalının keçmiş rəhbərlərindən Nasuhi Güngörün yazdığı kitabı göstərmişdi. Kitabda Ərdoğan və Gülənin ABŞ-da müəmmalı görüşündən bəhs olunur.

 

Bu iddiaya cavab verən Güngör isə kitabda məlumatı doğru vermədiyini açıqlayıb. “Tvitter” hesabından verdiyi açıqlamada öz yazdıqlarını özü təkzib edən yazar deyib ki, Gülən-Ərdoğan görüşü ilə bağlı iddialar heç bir sənədə əsaslanmır:

 

“Yazdığım kitabda heç bir sənədə, məlumata istinad edilmir. Təəssüflə qeyd etmək istəyirəm ki, şəxsən özümün yazdığı məlumatların heç bir əsası yoxdur. Cənab prezidentimizin FETÖ və digər belə qruplaşmalara qarşı mübarizəsinə kölgə salmağı qarşısına məqsəd qoyan heç bir sözün və iddianın, 20 il əvvəl olsa belə, hətta mənim imzam olsa belə, müdafiə ediləcək tərəfi yoxdur”.

 

Qeyd edək ki, Güngör 2012-ci ildə yazdıqları ilə bağlı açıqlama vermiş və bütün fikirlərinin arxasında olduğunu demişdi.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub