Modern.az

Murad Dadaşov “Maşın şou”nun tamaşaçılarını aldatmaq istədi - VİDEO  

Murad Dadaşov “Maşın şou”nun tamaşaçılarını aldatmaq istədi - VİDEO   

31 May 2018, 09:13

ATV telekanalında yayımlanan “Maşın şou”dan ilk kənarlaşdırılan iştirakçı məlum olub.

Modern.az-ın məlumatına görə, iştirakçılar ilk səsverməyə müğənni Roza Zərgərlini çıxarıblar.


R.Zərgərli 57,72 faiz səs yığsa da, heç kmi oyundan kənarlaşdırmayıb. Çünki şounun gedişində meyxanaçı Ələkbər Yasamallı səhvən əlini maşından götürüb. Bu an isə tamaşaçıların gözündən yayınmayıb. Lakin aparıcı Murad Dadaşov hadisəni ört-basdrı etməyə çalışıb. Belə ki, o, bilmədən əlini maşından götürən meyxanaçıya kömək edib. Amma sosial şəbəkələrdə aparıcının hərəkəti müzakirələrə səbəb olub və prodüserlər bu haqda M.dadaşova məlumat veriblər. Nəticədə bu səbəbə görə meyxanaçı oyundan uzaqlaşdırılıb. R.Zərgərli isə verilişdən meyxançının getdiyini görüb və növbəti iştirakçını oyundan uzaqlaşdırmayıb.



Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir