Modern.az

Dövlət katibi Kim Çen Inın “sağ əli” ilə görüşdü

Dövlət katibi Kim Çen Inın “sağ əli” ilə görüşdü

31 May 2018, 12:02

Şimali Koreya liderinin ən yaxın adamı Kim Yonq ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ilə  görüşüb.

 

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, görüş Nyu- York şəhərində reallaşıb. Tərəflər Şimali Korey prezidenti Kim Çen In ilə amerikalı həmkarı Donald Trampın arasında keçiriləcək sammiti müzakirə ediblər. Danışıqların bir gün boyunca davam edəcəyi bildirilir.

 

Görüşün əsas məqsədi Tramp və Kim Çen In arasındakı görüşün reallaşıb-reallaşmayacağını dəqiqləşdirməkdir. Məlumatda qeyd olunur ki, bu, Pompeo və Kim Yonq arasında sayca üçüncü görüşdür. Həmçinin bildirilir ki, Pompeonun da Şimali Koreyanın paytaxtına gedəcəyi gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi