Modern.az

Türkiyədə daha bir partiya məhkəməyə müraciət edəcək

Türkiyədə daha bir partiya məhkəməyə müraciət edəcək

31 May 2018, 12:46

“Vətən” Partiyası prezident seçkiləri öncəsi aparılan sorğuları Türkiyə üçün terror adlandırıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partiyanın baş katibi Utku Reyhan bildirib ki, sorğu şirkətləri bu yolla insanları kiməsə səs göndərməyə təhrik edir. Xüsusən də Vətən partiyasına qarşı mənfi fikir formalaşdırır.

 

Belə ki, sorğuların çoxunda “Vətən”partiyasına, ümumiyyətlə,yer verimir. İnsanlarda belə  təsəvvür yaradılır ki, Vətən partiyası seçkilərdə iştirak etmir.Utku Reyhan bunu terror adlandıraraq məhkəməyə şikayət edəcəklərini açıqlayıb.

 

Əsasən də Türkiyədə məşhur olan “ ANDY-AR” və “ NCM” adlı şirkətlərin sorğularda Vətən partiyasına heç vaxt yer verməyib. Utku Reyhan qeyd edib ki, nə  media senzurası, nə də sorğu şirkətlərinin manipulyasiyası onların uğuruna mane ola bilməyəcək.

 

Onun sözlərinə görə adını çəkmədiyi bir neçə şirkət də “Vətən” partiyasını kənarda qoyur: “ Bunlarla bağlı prokurorluğa şikayət edəcəyik.  Bizə qarşı haqsızlıq edən şirkətlərin lisenziyalarının ləğvini tələb edəcəyik”.

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!