Modern.az

Parlamentin Gənclər və idman komitəsinə yeni sədr SEÇİLDİ

Parlamentin Gənclər və idman komitəsinə yeni sədr SEÇİLDİ

31 May 2018, 22:09

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasında deputat Ülvi Quliyev Gənclər və İdman Komitəsinin sədri seçilib. Buna qədər Ülvi Quliyev 2015-ci ildə yaradılan Gənclər və İdman Komitəsinin sədr müavini olub.

Modern.az saytının məlumatına görə, Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü),  2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü) , 2015-ci ildə  15 saylı Yasamal 1-ci seçki dairəsindən parlamentə seçilib.

 

Deputatın  Gənclər və İdman Komitəsinə sədr təyin edilməyi təsadüfi deyil. Belə ki, Ülvi Quliyevin  parlamentlə yanaşı, böyük idman təcrübəsi də var. O, 1992-1997-ci illərdə Azərbaycan Karate-do Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. Həmçinin 1997-ci ildən bu günə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Şərq Döyüş Növləri Federasiyaları Şurasının sədridir. Karate idman növü üzrə 7-ci  dan qara kəmər sahibidir.

 

Ülvi Quliyev eyni zamanda Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur.

 

Deputat Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

 

Azərbaycanı xaricdə təmsil edən kifayət qədər idmançıların formalaşmasında Ülvi Quliyevin xüsusi əməyi var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı