Modern.az

Konstitusiya Məhkəməsi CHP-nin arzusunu ürəyində qoydu

Konstitusiya Məhkəməsi CHP-nin arzusunu ürəyində qoydu

31 May 2018, 17:18

Türkiyənin Konstitusiya Məhkəməsi CHP-nin seçki təhlükəsizliyi ilə bağlı şikayətini qəbul etməyib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cumhuriyyət Xalq Partiyası ( CHP) seçki ittifaqı haqqında qanun və seçki təhlükəsizliyi ilə bağlı bəzi maddələrinin ləğv edilərək dayandırlılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

 

CHP möhürsüz bülleten və zərflərin etibarlı sayılması, eyni binada yaşayan seçicilərin fərqli bölgələrdə səs verməsi və bu kimi bəzi maddələrin ləğvini istəmişdi. Konstitusiya Məhkəməsi bu tələbləri əsassız sayaraq qəbul etməyib.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir