Modern.az

Prezidentin vəzifə verdiyi rektor etimada görə təşəkkür etdi - DOSYE  

Prezidentin vəzifə verdiyi rektor etimada görə təşəkkür etdi - DOSYE   

31 May 2018, 22:23

Prezident İlham Əliyev bu gün yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən, bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.


Modern.az
-ın məlumatına görə, Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olib. 


Ceyhun Məmmədov 1991-1994-də Suriya Ərəb Respublikasının Əbu Nur İslam Kompleksi Dəvət və İrşad institutunda təhsil alıb. 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsini bitirərək, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2000-2002-də Bakıdakı Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsinə yiyələnib.
2004-2007-də AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutunda dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru olub.

C.Məmmədov 1998-2001-ci illərdə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi, referent,
2001-2002-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis işləyib.

2002-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun Avrasiya tərcümə mərkəzinin redaktoru, AMEA-nın Şərqşünaslıq institutunda tərcüməçi, yenidən Dini Komitədə Din və ictimai fikir tarixi şöbəsində böyük elmi işçi vəzifələrində çalışıb.
 
2015-ci ildən bu təyinatadək Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi işləyib.
 
Eyni zamanda 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində dərs deyib.


Modern.az-ın məlumatına görə, C.Məmmədov ölkə başçısına ona etimad göstərdiyinə görə təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub