18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - Azay Quliyev: “Digər Avropa ölkələrində də Xocalı soyqırımına aid abidələr ucaldılacaq” - FOTOLAR
Azay Quliyev: “Digər Avropa ölkələrində də Xocalı soyqırımına aid abidələr ucaldılacaq” - FOTOLAR +
01.06.2018, 00:07

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sloveniyanın Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib

Modern.az-ın məlumatına görə, Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir. Holokost və Xocalı soyqırımı arasında bir sıra oxşar xüsusiyyətlər olduğunu diqqətə çatdıran A.Quliyev bildirib ki, hər iki soyqırımında mülki şəxslər milli mənsubiyyətinə görə hədəf seçilib və qəsdən öldürülüb. Bununla yanaşı, Azay Quliyev hər iki soyqırımına yanaşmada çox ciddi fərqin də mövcudluğunu qeyd edib. O, bildirib ki, Holokosta beynəlxalq ictimaiyyət tərəfindən birmənalı ədalətli qiymət verilib, cinayətkarlar Nürnberq Tribunalı tərəfindən cəzalarını alıblar.


Lakin beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb. Bu cür ınsanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin. Bununla belə, bir sıra ölkələrin bu faciəyə düzgün hüquqi qiymət verdiyini xatırladan A.Quliyev 2016-cı ildə Sloveniya parlamenti tərəfindən qəbul edilmiş sənədin və bu abidənin açılışının sloven xalqının azərbaycanlılarla həmrəyliyini bariz şəkildə ifadə etdiyini bildirib. O, sloven xalqına Azərbaycan xalqına bəslədiyi dostluq münasibətinə görə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlıq edib. Azay Quliyev ümid etdiyini bildirib ki, Sloveniyanın bugünkü təşəbbüsü nümunə olacaq və digər Avropa ölkələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılacaq.

Xatriə lövhəsində aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı
18.06.2018, 00:24

“GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi
17.06.2018, 23:57

Dünya Çempionatı-2018-də daha bir şok: Brazilya da xal itirdi

Məscidlərə kitab paylanıldı
17.06.2018, 23:43

Məscidlərə kitab paylanıldı

Çobanı ildırım vurdu
17.06.2018, 23:23

Çobanı ildırım vurdu

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video
17.06.2018, 22:56

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - Video

Qan rəngində Arpaçay
17.06.2018, 22:27

Qan rəngində Arpaçay

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...
17.06.2018, 22:14

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...

ATƏT nümayəndələri Azərbaycana gəlir
17.06.2018, 22:01

ATƏT nümayəndələri Azərbaycana gəlir

Nazirlikdən xəbərdarlıq: “Ziyanvericilərlə mübarizədə xüsusi geyimdən istifadə edin!”
17.06.2018, 21:40

Nazirlikdən xəbərdarlıq: “Ziyanvericilərlə mübarizədə xüsusi geyimdən istifadə edin!”

“Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov
17.06.2018, 21:14

“Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov

Dünya Çempionatı-2018: Almaniya Meksikaya uduzdu - VİDEO
17.06.2018, 20:54

Dünya Çempionatı-2018: Almaniya Meksikaya uduzdu - VİDEO

Göygölə dolu düşüb
17.06.2018, 20:37

Göygölə dolu düşüb

Azərbaycanda yeni ödəniş sistemi işə salınır
17.06.2018, 20:19

Azərbaycanda yeni ödəniş sistemi işə salınır

Ucar sakini bıçaqlanaraq öldürülüb
17.06.2018, 20:03

Ucar sakini bıçaqlanaraq öldürülüb

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir
17.06.2018, 18:01

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

Makedoniyanın adı rəsmən dəyişdi - FOTO
17.06.2018, 17:57

Makedoniyanın adı rəsmən dəyişdi - FOTO

Qaçqın problemi Merkelin “başını yedi
17.06.2018, 17:47

Qaçqın problemi Merkelin “başını yedi

UNEC test üsuluyla vidalaşır? - “Sessiya  imtahanlarını  yazılı formada keçirməyi düşünürük”  
17.06.2018, 17:32

UNEC test üsuluyla vidalaşır? “Sessiya  imtahanlarını  yazılı formada keçirməyi düşünürük”  

Şabran Rayon Mərkəzi Xəstəxanası YANDI 
17.06.2018, 17:16

Şabran Rayon Mərkəzi Xəstəxanası YANDI 

Nazirin telefonunu oğurladılar - FOTO
17.06.2018, 16:52

Nazirin telefonunu oğurladılar - FOTO

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR
17.06.2018, 16:43

Prorektorlar gələcək tələbələrə düzgün ixtisas seçiminin sirlərini açdılar - FOTOLAR

Bələdiyyə torpaqlarının alqı-satqısına dair tələblər müəyyənləşib
17.06.2018, 16:25

Bələdiyyə torpaqlarının alqı-satqısına dair tələblər müəyyənləşib

Bakıda iki uşaq anasını maşın vurdu - Sürücü sərbəst buraxıldı
17.06.2018, 15:53

Bakıda iki uşaq anasını maşın vurdu - Sürücü sərbəst buraxıldı

Nadir Qafarzadə nikahdankənar oğlundan danışdı
17.06.2018, 15:28

Nadir Qafarzadə nikahdankənar oğlundan danışdı

Ərdoğanın təbliğatında azərbaycanlı bəstəkarın musiqisindən istifadə olundu - VİDEO
17.06.2018, 15:20

Ərdoğanın təbliğatında azərbaycanlı bəstəkarın musiqisindən istifadə olundu - VİDEO

Binəli Yıldırım “Eurovision”u tənqid etdi   
17.06.2018, 15:05

Binəli Yıldırım “Eurovision”u tənqid etdi  

Sərnişin qatarının vaqonları relsdən çıxdı - 1 ÖLÜ, 3 YARALI
17.06.2018, 14:47

Sərnişin qatarının vaqonları relsdən çıxdı - 1 ÖLÜ, 3 YARALI

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR
17.06.2018, 14:26

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək - Hava PROQNOZU
17.06.2018, 14:00

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək - Hava PROQNOZU

Göyçayda avtomobil motosikletçini vurdu
17.06.2018, 13:31

Göyçayda avtomobil motosikletçini vurdu

“Xankəndi üzərində Ermənistan “qırıcıları”nın uçması xəbəri avantüradır” - Müdafiə Nazirliyi
17.06.2018, 13:19

“Xankəndi üzərində Ermənistan “qırıcıları”nın uçması xəbəri avantüradır” - Müdafiə Nazirliyi

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
17.06.2018, 13:06

Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto
17.06.2018, 12:46

Millət vəkili Ramazanda kəndləri gəzdi - Foto

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçirlər - FOTOLAR
17.06.2018, 12:30

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçirlər - FOTOLAR

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı
17.06.2018, 12:19

Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.5%)
İngiltərə(6.49%)
Portuqaliya(12.9%)
İspaniya(5.19%)
Fransa(5.19%)
Belçika(1.29%)
Seneqal(2.59%)
Rusiya(16.8%)