Modern.az

AKP-li deputatlar seçicilərinin toy və yas mərasimlərinə qatılacaq

AKP-li deputatlar seçicilərinin toy və yas mərasimlərinə qatılacaq

1 İyun 2018, 10:52

Ədalət və İnkişaf Partiyası ( AKP) seçicilərinin bütün yas və toy mərasimlərində iştirak etmək qərarı alıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, seçkiyə sayılı günlər qala bütün siyasi partiyalar fəaliyyətllərini gücləndirməkdədir. AKP deputatlığa namizədlərinin hər birinə seçicilərin toy və yas mərasimlərində iştirak etmə tapşırığını verib. 

 

AKP-nin hazırladığı yeni kitabçada qeyd olunur ki, seçkidə qalib gəlməyin açarı seçiciylə doğru əlaqələrin qurulmasıdır. Səmimi, qarşılıqsız və üz-üzə bir- birini başa düşməkdir. Hamını başa düşmək, hər təbəqəni dinləmək,gülərüzlü olmaq lazımdır. Bütün toy və yas mərasimlərində iştirak etmək, təbrik mesajları  göndərmək vacibdir.

AKP-nin bu qərarı insanlar arasında çox maraqla qarşılanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi