Modern.az

Türkiyədə seçkilərlə bağlı təhlükəsizlik gücləndirilib

Türkiyədə seçkilərlə bağlı təhlükəsizlik gücləndirilib

1 İyun 2018, 11:31

Türkiyədə keçiriləcək seçkilərin təhlükəsizliyini gücləndirmək  üçün yeni addımlar atılıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir kİ, 24 iyunda Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçlkilərində hər hansı bir problemi dərhal araşdırmaq üçün xüsusi mərkəz yaradılıb. Mərkəzdə biri rəhbər olmaqla 4 prokuror səlahiyyət alıb. Qrupun ilk işi Xalq Demokrat Partiyasını hədələyən şəxslərə qarşı əməliyyat olub.

 

Verilən məlumatlara əsasən, Ankara Cumhuriyyət Baş Prokuroru Yüksel Kocamanın əmri ilə Seçki Kooordinasiya Mərkəzi yaradılıb. Burhan Tezcanla bərabər, terror cinayətləri istintaq bürosunda fəaliyyət göstərən daha 3 prokuror da mərkəzə cəlb olunub.

 

Koordinasiya mərkəzinin yaradılmasının əsas məqsədi prezident və parlament seçkiləri zamanı təhlükəsizliyi təmin etmək, dövlət nizamı və təhllükəsizliyini pozacaq və dövlətin, millətin bölünməz bütövlüyünü təhdid edəcək hər bir prosesin qarşısını almaqdır.

Bütün görüləcək tədbirlər və əməliyyatlar haqqında Türkiyə Respublikası Baş Prokurorluğuna məlumat verilməlidir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub