Modern.az

“The Economist”: “Ərdoğan son aylarda nüfuzunu itirir”

“The Economist”: “Ərdoğan son aylarda nüfuzunu itirir”

Aktual

1 İyun 2018, 11:53

“The Economist” jurnalı Türkiyədə keçiriləcək seçkilərdə müxalif partiyaların gözləniləndən daha çox səs toplayacağı ilə bağlı yazı dərc edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir kİ,  İngiltərənin məşhur  “The Economist” jurnalının son buraxılışında Türkiyə 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkilərinə toxunulub.  Yazı “Türkiyədə müxalifət Ərdoğan qarşısında qələbə qoxusu alır” başlığı altında təqdim olunub.

 

“Türkiyənin prezidenti böyük problemlə qarşı-qarşıyadır” alt başlığı ilə dərc olunan yazıda “ İYİ” Partiyasının səsinin 10%- i keçəcəyi bildirilib. Jurnala görə,  Meral Akşenerin isə toplayacağı səs 20%- ə yaxın olacaq. Muharrem İncə isə “ mühafizəkar seçiciylə ünsiyyət qura bilən nadir siyasətçilərdən biri” kimi təqdim edilib.

 

Jurnalda qeyd olunur ki, son aylarda Rəcəb Tayyib Ərdoğan nüfuzunu itirməkdədir. Ona inamsızlıq artır. Bu da ona daha bir zərbə olacaq.

 

“ The Economist”-ə görə, müxalif partiyaların namizədləri favorit görsənmirlər. Ancaq yüksəlişə keçdikləri, doğru namizədləri seçdikləri aydındır. Son aylara dair iqtisadi proseslərin və göstəricilərin də yer aldığı “The Economist” jurnalında məqalə bu cümlə ilə bitir: “ Hər zaman seçicilər dağınıq müxalifətə qarşı Ərdoğanı üstün tutub. Amma keçən aylarda bu dəyişmiş ola bilər”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır