Modern.az

Türkləri nə narahat edir? - SORĞU

Türkləri nə narahat edir? - SORĞU

Dünya

1 İyun 2018, 12:22

Türkiyədə vətəndaşların ən narazı olduğu sahə iqtisadiyyatdır.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Xsights” Araşdırma Mərkəzinin keçirdiyi yeni sorğuda dövlətin təqdim etdiyi 19 xidmət yer alıb. “ Vətəndaşın nəbzi” adlı sorğuda 1517 nəfər iştirak edib. Nəticələrə görə vətəndaşlar ən çox təhlükəsizlik və müdafiə xidmətindən razıdırlar. İqtisadiyyat isə vətəndaşların ən narazı olduğu sahə olub.

 

Araşdırma Mərkəzinin bundan əvvəl apardığı sorğularda “ din xidmətləri” həmişə birinci olsa da, indi üçüncü yerə enib. İkinci yerə isə “ tibb xidmətləri” yüksəlib. Dördüncü sırada məhkəmə sisteminin olması da diqqət çəkir. Vətəndaşlar Türkiyədə məhkəmə xidmətindən narazıdırlar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar