Modern.az

Metroda sürpriz: “Nööbəti stansiya Qala Qalayef” - VİDEO

Metroda sürpriz: “Nööbəti stansiya Qala Qalayef” - VİDEO

1 İyun 2018, 12:25

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. “Bakı Metropoliteni” QSC bu münasibətlə sərnişinlərinə maraqlı sürpriz edib. Səhər tezdən işə tələsən, sıxlıqda qatara minməyi güclə bacaran, tək ayağı üstə dayandığı üçün hirsini ətrafdakılara tökən sərnişinlərin üzündə xoş bir təbəssüm yaranıb. Buna səbəb balacaların dilindən qapıların bağlanması və növbəti stansiyanın adı ilə bağlı elanların səslənməsi olub:


“Qapılay bağlanıı, nööbəti stansiya Qala Qalayef”, “Dis is Qala Qalayef steyşn”...

Qeyd edək ki, “3 Alma”nın təşəbbüsü və “Bakı Metropoliteni”nin dəstəyi ilə 1-3 iyun tarixlərində metro uşaqlara həvalə olunub. Qatar metro stansiyaların platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs hər iki dildə (Azərbaycan dili və İngilis dili) uşaq səsi ilə səsləndirilir. 

 

Modern.az səsləndirmə zamanı lentə alınan maraqlı kadrları oxuculara təqdim edir:

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir