Modern.az

Hansı daha radikaldır - Müsəlmanlar, yoxsa xristianlar?

Hansı daha radikaldır - Müsəlmanlar, yoxsa xristianlar?

1 İyun 2018, 12:45

Qərbi Avropada hazırda xristianların çoxu qeyri-praktiki inanclıdırlar. Lakin xristian şəxsiyyəti hələ də dini, sosial və mədəni həyatda aparıcı rola malikdir.

 

Modern.az saytının məlumatına görə, bu haqda nüfuzlu “Pew” Araşdırmalar Mərkəzinin Qərbi Avropanın 15 ölkəsində apardığı sorğunun nəticələrinə dair tədqiqatında bildirilib.

Sorğuda dini inanc və tətbiqlərlə yanaşı, respondentlərin immiqrasiya, milli kimlik, plüralizmə münasibətləri də öyrənilib.

Sorğudan belə nəticə çıxarılıb ki, Qərbi Avropada sekulyarizm geniş yayılıb, lakin insanların çoxu hələ də xristian dini kimliklərini qoruyub saxlayıblar.

 

Qərbi Avropada orta yaşlı insanların çoxu özlərini dini mənada azad hesab edir.

 

Bu regionda insanlar xristian olduqlarını desələr də, kilsələrə maraq azdır. İtaliya istisna olmaqla regiona daxil olan bütün ölkələrdə qeyri-praktiki xristianlar çoxluq təşkil edir.

Böyük Britaniyada qeyri-praktiki xristianlar əhalinin 55 faizini, ibadətlə məşğul olan xristianlar isə 18 faizini təşkil edir.

 

Lakin buna baxmayaraq Qərbi Avropadakı bütün inanclılar böyük bir yaradıcı qüvvənin varlığına inanırlar.

 

Qeyri-praktiki xristianların çoxu deyir ki, onlar Bibliyanın təsvir etdiyi Allahı qəbul etmirlər. Amma onlar kainatda böyük və mənəvi gücün olduğuna inanırlar.

 

Kilsəyə gedənlər isə Allahı Müqəddəs Kitabda təsvir olunduğu kimi qəbul edirlər.

 

Bölgənin əksər insanları müsəlmanları qonşu və özlərinin qohumu kimi qəbul etməyə hazırdırlar.

Bununla belə, Qərbi Avropa cəmiyyətində multikultural dəyərlərin zəifləməsi də özünü göstərir. Bəziləri müsəlman qadınların geyimləri ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasının tərəfdarıdır.

 

İstər kilsəyə gedən, istərsə də, qeyri-praktiki xristianların çoxu hesab edir ki, İslam dəyərləri və mədəniyyəti Avropa dəyərləri ilə bir araya sığmır.

 

Almaniyada praktiki xristianların 55 faizi düşünür ki, İslam alman mədəniyyəti ilə uyğun deyil. Qeyri-praktiki xristianların da 45 faizi də bu düşüncədədir.

 

Təhsildə, siyasi ideologiyada müsəlmanlara qarşı sərgilənən mövqe millətçi tendensiyanın güclənməsi, anti-din əhval-ruhiyyənin yüksəlməsi ilə əlaqədardır.

 

Qərbi Avropada ali təhsilli bir şəxs ailələrində müsəlman və ya yəhudini qəbul etməyəcəyi düşüncəsindədir. Səbəb isə budur ki, onlar (avropalılar) özlərini daha yüksək mədəniyyətin nümayəndəsi hesab edirlər.

 

Bölgədəki qeyri-praktiki xristianların çoxu eynicinslilərin nikahına, aborta normal baxırlar.

Kilsəyə gedən xristianlar isə bu mövqeni daha az bölüşürlər. Baxmayaraq ki, xristianların çoxluq təşkil etdiyi Belçika, Danimarka, Fransa, İsveç, İsveçrə və Böyük Britaniyada eynicinslilərin nikahına və aborta icazə verilir.

 

Qeyd edək ki, müsəlman cəmiyyətlərinin özündə də xristianlara, başqa dindən olanlara bəzən yuxarıdan aşağı baxılır. Bu düşüncədə olan müsəlmanların çoxu hesab edir ki, İslam ən düzgün yoldur, digər müqəddəs kitablar dəyişdirildiyi üçünsə, onları qəbul etmək olmaz.

 

Avropada müsəlmanlara qarşı radikal cəbhənin açılması yaxşı bir hal deyil, bu, irqçilikdir, amma ekstremist təşkilatların çoxalması, Avropada miqrantların törətdikləri terror aktları da burada rol oynayır.

 

Lakin unutmaq olmaz ki, müsəlmanların içərisində də tolerant, multikultural dəyərlərə hörmət edənlər azlıqda deyil.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi