Modern.az

Şimali və Cənubi Koreya sülh danışıqlarını bərpa edib

Şimali və Cənubi Koreya sülh danışıqlarını bərpa edib

1 İyun 2018, 12:55

Cənubi Koreya və Şimali Koreya arasında təxirə salınan  sülh danışıqları yenidən başlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimnali Koreya prezidenti Kim Çen In ilə amerikalı həmkarı  Donald Tramp  arasında sammit danışıqlarına görə sülh danışıqlarına ara verilmişdi.  Bu gün səhər iki ölkənin rəsmi nümayəndələrinin keçirdikləri toplantıda sərhədə yaxın bir ərazidə əlaqə bürosunun yaradılması müzakirə olunub.  

Bundan başqa tərəflərin 2000-ci ildə imzalanan 15 iyul Bəyənnaməsinin ildönümünə həsr olunan tədbirlərin həyata keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

 

Nümayəndələr görüş zamanı sərhədin hər iki tərəfində gərginliyin azaldılması üçün hərbi danışıqların aparılması, 1950-1953-cü illərdə baş vermiş müharibədə ayrılan ailələrin bir araya gətirilməsi üçün tədbirlərin görülməsində razılığa gəliblər.

 

Avqust ayında keçiriləcək Asiya Oyunlarında bəzi idman növlərində birgə komandaların yaradılması məsələsində də görüşlərin olacağı bildirilir.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir