Modern.az

Yeni baş direktor İTV-nin işçilərinə mesaj verdi: “İşləməyi bacaranlar...”

Yeni baş direktor İTV-nin işçilərinə mesaj verdi: “İşləməyi bacaranlar...”

Media

1 İyun 2018, 13:09

“İşləməyi bacaranlar narahat olmasınlar". Modern.az-ın məlumatına görə, bunu iyunun 1-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclasında baş direktor seçilən Balakişi Qasımov jurnaslitlərin suallarını cavablandırarkən deyib.

B.Qasımov bildirib ki, müasir Azərbaycanda müasir televizyanın olması üçün əlindən gələni əsirgəməyəcək.

Baş direktor tamaşaçıların yenilikləri tezliklə hiss edəcəyini vurğulayıb.

Qeyd edək ki, MTRŞ-nin elan etdiyi müsabiqədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı sənəd vermişdi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu idi.

B.Qasımov İTV-də baş direktorun müavini postunu tuturdu.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı