Modern.az

İspaniyanın baş naziri istefa verdi

İspaniyanın baş naziri istefa verdi

1 İyun 2018, 13:31

İspaniyanın baş naziri Mariano Rajoy istefa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adı tez-tez korrupsiya ilə hallanan Rajoy parlamentin qərarını gözləmədən vəzifədən getdiyini açıqlayıb.  O qeyd edib ki, əmindir ki, səsvermə onun əleyhinə olacaq:

 

“Səsvermədə onsuzda mənə qarşı inamsız olanların sayı üstünlük təşkil edəcək. Bu da Pedro Sançezin yeni baş nazir olacağı anlamına gəlir. Ölkəmə, millətimə xidmət etmək mənim üçün böyük şərəf idi, bütün ispanlara təşəkkür edirəm, hər kəsə uğurlar!”

Qeyd edək ki, yeni baş nazirin Sosialist Partiyasının 46 yaşlı üzvü Pedro Sançez olacağı gözlənilir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı