Modern.az

Ancelina Colidən maraqlı açıqlamlar

Ancelina Colidən maraqlı açıqlamlar

1 Sentyabr 2011, 13:52

Məşhur aktrisa Ancelina Coli aktyor Bred Pitlə gizlincə evləndikləri və yeni uşaq övladlığa götürmək istədiklərinə dair yayılan xəbərlərin həqiqətə uyğun olmadığını acıqlayıb. Aktirisa “Vainty Fair” jurnalına şəxsi həyatı ilə bağlı çox sayda maraqlı açıqlamalar verib. Modern.az saytının məlumatına görə, 36 yaşlı Ancelina Bred Pitlə evlilik planlarının olmadığını söyləyib. Aktrisa eyni zamanda hamilə olması və yeni uşaq övladlığa götürmək istədikləri ilə bağlı yayılan iddiaların da əsasız olduğunu vurğulayıb.

Ancelina Coli eyni zamanda müsahibəsində qeyd edib ki, ilk dəfə özünü rejissor kimi sınayacaq. A.Coli filminin ssenarisini yazdığı vaxt uğursuz olacağından qoxduğunu da etiraf edib. Fransada filmin ssenarisini yazdığı vaxt evə qapandığını, televiziyaya baxmadığını, kitab oxumadığını deyən aktirisa deyib ki, əvvəllər filmin rejissoru olmaq istəmirmiş.
“Karyeram boyu başqalarının sözləri arxasında gizlənmişəm, amma indi mənim sözlərim danışır”.

“Qan və bal ölkəsi” adlı film Bosniyada müharibə illərində yaşanan bir sevgi hekayəsindən bəhs edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı