Modern.az

İspaniyanın yeni baş naziri seçildi

İspaniyanın yeni baş naziri seçildi

Dünya

1 İyun 2018, 14:34

Pedro Sançez İspaniyanın yeni baş naziri seçilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, adı korrupsiya  ilə hallanan Mariano Raxoyun istefasından dərhal sonra Parlament iclası keçirilib. Bütün partiyaların dəstək verdiyi Pedro Sançez son dəfə etimad səsverməsinə çıxarılıb.  Etimad səsverməsindən uğurla keçən Sançez rəsmən İspaniyanın baş naziri elan olunub. Onun bazar ertəsi günü vəzifəyə başlayacağı,  gələn həftə kabinetini təqdim edəcəyi gözlənilir.

 

Sançez Raxoyun yratdığı və Bask Millətçi Partiyasının dəstək verdiyi büdcəyə sadiq qalacağına söz verib. Bundan başqa Kataloniya ilə müstəqillik tələblərini yenidən müzakirə edəcəyini vəd edib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür