Modern.az

“Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir” - Oqtay Əsədov

“Azərbaycan-İtaliya əlaqələri yüksək səviyyədədir” - Oqtay Əsədov

1 İyun 2018, 21:13

"Azərbaycan və İtaliya arasında  qədim əlaqələr mövcuddur.  Azərbaycan Xalq Cümhuriyyəti və İtaliya arasında  diplomatik  münasibətlər var idi. İki ölkə arasındakı  əlaqələrə verilən əhəmiyyət nəticəsində  bu əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq  səviyyəsinə yüksəlib". Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliyanın Milli Gününün 72-ci ildönümü münasibətilə  keçirilən tədbirdə deyib.

O çıxışında  əvvəlcə İtaliya Respublikasının Milli Günü münasibətilə və eləcə də İtaliya-Azərbaycan dostluğunun  yüz illiyi münasibətilə  Azərbaycan hökuməti adından  İtaliya xalqını təbrik edib.

"Bu illər ərzində ölkələr arasında 40-a yaxın ikitərəfli sənədlər imzalanıb  və bu sənədlər ölkələr  arasında hüquqi əlaqələri tam tənzimləyir.  Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2006-cı ildən fərqli olaraq keçən il ticarət dövriyyəsi 4,7 milyard ABŞ dollarından çox olub. Bu ilin yanvar-fevral aylarında bizim ticari əlaqələrimiz  1 milyard 500 milyon dollardan yuxarıdır. Ölkələrimiz arasında energetika  sahəsində işbirliyi çox uğurla  inkişaf edir.  İtaliya şirkəti də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin üzvüdür. İtaliya TAP  layihəsinə böyük dəstək verir. Hazırda ölkəmizdə  50-dən yuxarı İtaliya şirkəti sənaye, tikinti, sığorta, nəqliyyat sahələrində  çalışır", - O.Əsədov deyib.

Regionda  həyata keçirilən enerji layihələri,  eləcə də Cənub Qaz dəhlizinin  Avropanın  enerji təhlükəsizliyini  təmin edən böyük regional layihələrdən biri olduğunu vurğulayan Əsədov iki ölkənin parlamentləri arasında əlaqənin də yüksək olduğunu və dostluq qruplarının mövcud olduğunu  deyib: " Bu qruplar arasında  qarşılıqlı səfərlər olur. Ölkələrin parlamentləri  beynəlxalq təşkilatlarda güclü əməkdaşlıq edir və bir-birini dəstəkləyir.  Müasir dünyəvi bir ölkə olsa da, Azərbaycanın bir ağrılı problemi var ki, bu da Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin də beynəlxalq hüquq norma prinsipləri çərçivəsində, tərəflərin  sərhədlərinin  toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində  həllinə çalışır. Azərbaycan beynəlxalq hüququn verdiyi bütün vasitələrdən istifadə edərək mütləq öz ərazi bütövlüyünü təmin edəcək. Bu istiqamətdə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini alqışlayırıq.  Əminik  ki,  İtaliya gələcəkdə münaqişənin  həllinə dair səylərini artıracaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir