Modern.az

Tanınmış aparıcı “Maşın” şoudan uzaqlaşdırıldı

Tanınmış aparıcı “Maşın” şoudan uzaqlaşdırıldı

2 İyun 2018, 01:06

Gərginliyin günü-gündən artdığı “Maşın” şounu daha bir tanınmış sima tərk edib. Modern.az xəbər verir ki, üçüncü gün səs istəməyə reper Uran çıxıb. O, səs topladığı təqdirdə verilişdən aparıcı Azər Axşamı uzaqlaşdıracağını deyib. Sonda 73,73 faiz səs toplayan Uran Azər Axşamı  verilişdən uzaqlaşdırıb.

 

Qeyd edək ki, son gündə maşının ətrafında olan aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında qalmaqal yaşanıb. Buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub. Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə “Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.

 

O, aktyora “Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir”,- deyib.

Mətanət Əliverdiyevanın bu sözləri Aytən Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı bir-birinin ünvanına sərt sözlər işlədib.

 

Qeyd edək ki, hazırda "Maşın" ətrafında aparıcılar Mətanət Əliverdiyeva, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva və Məcid Hüseynov dayanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir