Modern.az

2 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir - ÖZƏL

2 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir - ÖZƏL

2 İyun 2018, 12:14

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətinin tərkibi rotasiya qaydasında dəyişdirilir.

 

Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Qənizadə və  Naqif Həmzəyevin yeni üzv seçilməsi təklifi irəli sürülüb.

 

Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

 

Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov.

 

Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi  təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir