Modern.az

Məşhur diktorun səhhətində problem yaranıb

Məşhur diktorun səhhətində problem yaranıb

Media

2 İyun 2018, 23:02

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun səhhətində yenidən problemlər yaranıb. Modern.az xəbər verir ki, Sabir Ələsgərov Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparılıb.

Səhhəti ilə bağlı mediaya danışan Xalq artisti bildirib ki, xəstəxanada müayinə olunub: “Qan analizləri götürüldü. Həkimlər böyrəyimə çirk yığıldığını, orqanizmimin çox zəif olduğunu bildirdilər. İndi evdə müalicə alıram. Həkimlər gəzməyi, hərəkət etməyi məsləhət görür. Amma zəif olduğum üçün çox gəzə bilmirəm. Yaş da öz sözünü deyir”.

Qeyd edək ki, diktor sözügedən klinikada bir neçə dəfə ağır əməliyyat olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi