Modern.az

Aytən Səfərovadan  “Maşın” şouda gözlənilməz addım

Aytən Səfərovadan  “Maşın” şouda gözlənilməz addım

3 İyun 2018, 00:14

Gərginliyin günü-gündən artdığı “Maşın” şounu daha bir iştirakçı tərk edib. Modern.az xəbər verir ki, yarışmanın dördüncü günü səs istəməyə tanınmış aparıcı Aytən Səfərova çıxıb. O, səs topladığı təqdirdə verilişdən aparıcı Mətanət Əlverdiyevanı uzaqlaşdıracağını deyib. Sonda 88  faiz səs toplayan aparıcı uzun müddət bir yerdə çalışdığı qadın həmkarını oyunda saxlayıb. Aytən Səfərova verilişdən Məcid Hüseynovu uzaqlaşdırıb.

 

Qeyd edək ki, hazırda "Maşın" ətrafında aparıcılar Mətanət Əliverdiyeva, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva dayanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir