Modern.az

Yumurta yenidən bahalaşdı

Yumurta yenidən bahalaşdı

3 İyun 2018, 22:04

Azərbaycanda yumurtanın qiyməti bahalaşıb. Modern.az xəbər verir ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir. Ancaq bu artım butun mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.

Alıcılar isə yumurtanın qiymətindəki artımın olduca böyük olduğundan şikayətlənirlər.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev “Xəzər xəbər”ə bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalcılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır