Modern.az

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni mətbuat katibi: “Bundan sonrakı fəaliyyətim...”

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yeni mətbuat katibi: “Bundan sonrakı fəaliyyətim...”

4 İyun 2018, 10:48

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.

F.Talıblı Modern.az-a açıqlamasında deyib ki, bundan sonrakı fəaliyyətini əvvəlki qaydada  və daha təkmilləşdirilmiş formada davam etdirəcək:


“Hər birinizin dəstəyinə ehtiyacım var. Bundan sonra da əməkdaşlığımız davam edəcək”.

 

Xatırladaq ki, bu təyinatadək Fazil Talıblı 10 ilə yaxın müddətdə keçmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat katibi, daha əvvəllər isə "Lider" TV-də işləyib.

Azərbaycan prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

 

Qeyd edək ki, F.Talıbovdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev olub. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı