Modern.az

Çavuşoğlu Vaşinqtonda Pompeo ilə görüşəcək

Çavuşoğlu Vaşinqtonda Pompeo ilə görüşəcək

4 İyun 2018, 11:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mənbic mövzusu ilə bağlı Mayk Pompeo ilə danışıqlar aparacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ilə görüş üçün Vaşinqton şəhərindədir. Məsələylə bağlı jurnalistlərə açıqlama verən Çavuşoğlu bildirib ki, əgər danışıqlar uğurlu alınarsa, iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi ola bilər.

 

Çavuşoğlunun sözlərinə görə F-35 qırıcı təyyarələrinin Türkiyəyə satılmasınən təxirə salınması qərarı iki dövlət arasında münasibətləri daha da gərginləşdirib: “Biz təyyarələri əvvəl müttəfiq bildiyimiz dövlətlərdən, ABŞ-dan almaq istədik. Ancaq satmadılar. Məcbur olub Rusiyadan aldıq. Əgər ABŞ indi bizə satmağa razılaşsa, müttəfiqimizdən də almağa razılaşarıq”.

 

Çavuşoğlu onu da qeyd edib ki, ABŞ terror təşkilatı PKK-ya kifayət qədər dəstək verir.Bu da iki dövlət aarsında ciddi problemlər yaradır: “ Biz Suriya problemini siyasii ylla həll etməyə çalışırıq. Suriyanı parçalamağa çalışan bütün qüvvələrə qarşıyıq. O ki qaldı Qüdsə, bu mövzunu heç vaxt diqqətdən kənar saxlamayacayıq. Müsəlman ölkələrinin çoxu Qüds məsələsində Birləşmiş Millətlər Təşkilatına yeni layihə verməyin vaxtı gəlib”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər