Modern.az

Azərbaycanlı səfir məşhur qəzetdə YAZDI  

Azərbaycanlı səfir məşhur qəzetdə YAZDI   

4 İyun 2018, 13:26

Türkiyənin nüfuzlu “Milliyet” qəzeti Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin məqaləsini dərc edib.


Modern.az xəbər verir ki, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi məqaləsində səfir X.İbrahim qeyd edib ki, “1917-ci ildə Çar Rusiyasında inqilabına gətirib çıxaran hadisələrin inkişafı Azərbaycan xalqının milliləşdirilməsinə təsir etdi və milli dövlətlərin qurulması prosesini sürətləndirdi”.

“Bu prosesdə Cənubi Qafqaza təsir edən daxili və xarici hadisələr, regionda üç dövlətin meydana gəlməsinə səbəb oldu. Zaqafqaziya Federasiyasının dağılmasından sonra, fəaliyyəti dayandırılmış Seymin müsəlman təmsilçiləri 28 May 1918-ci ildə Azərbaycan Milli Şurasının yaradılması ilə yeni bir millətin doğulduğunu elan etmişlər. Beləliklə, müsəlman Şərqinin ilk demokratik respublikası yaradıldı”, - deyə diplomat məqaləsində bildirir.


Xəzər İbrahim məqaləsində Azərbaycanın müstəqilliyinin dünya dövlətlərinə çatdırılmasında Türkiyənin müstəsna rolu olmasından bəhs edib.


“İstiqlal Bəyannaməsinin elanından sonra yaradılan birinci kabinetin ilk işi  Azərbaycanın istiqlalı xəbərini və bu yeni dövlətin qurulduğunu dünyanın önəmli ölkələrinə çatdırmaq olmuşdu. Azərbaycan Respublikasının hələ xaricdə bir təmsilçiliyi yoxdu; xarici ölkələrdəki səfirliklər və konsulluqlar hələ açılmamışdı. Azərbaycanın beynəlxalq cəmiyyət içində yerini möhkəmləndirməsi, səsini xarici dünyaya çatdıra bilməsi üçün Osmanlı Dövlətinin xaricidəki təşkilatlarından istifadə yolu tutulmuşdu. Osmanlı Xarici İşlər Nazirliyi və müxtəlif ölkələrdəki Türk səfirlikləri, quruluş dövründə xarici əlaqələrində Azərbaycana kömək etdi”, - səfir yazıb.


Məqalə, Azərbaycanın 1991-ci ildə elan etdiyi müstəqilliyinin dünya ictimaiyyətinə çatdırılmasında da Türkiyənin dəstəyinin xatırladılması ilə bitir:

“Azərbaycanın müstəqilliyini elanından sonra Bakıya gedən ilk rəsmi heyət Türk heyəti və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olub. 10 noyabr 1991-ci ildə Türkiyə Respublikasının xarici işlər naziri Səfa Giray Anıtkabirdə Atatürkü anma mərasiminin ardından, Xarici İşlər Nazirliyində bir mətbuat konfransı təşkil edərək, jurnalistlərə aşağıdakı yazılı şərhi oxumuşdu:

"...Müstəqilliyini daha əvvəl elan etmiş olan Azərbaycan Respublikası bu dəfə parlamentinin 29 oktyabr 1991-ci il tarixli iclasında aldığı bir qərarla, beynəlxalq ictimaiyyətin bərabərhüquqlu bir üzvü olma istiqamətində iradəsini göstərərək, tanınmaq üçün bütün dünya dövlətlərinə bir çağırış etmişdir. Azərbaycan Parlamenti tərəfindən səlahiyyətləndirilən bir xüsusi nümayəndə vasitəsi ilə Türkiyə Böyük Millət Məclisinə edilən bu tanınma tələbi, həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin Bakıdakı Baş konsolosluğumuza edilmiş rəsmi bir müraciətlə təsdiq edilib. Əminik ki, bu qərar Türk Millətinin ümumi iradəsinin tərcüməçisidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər