Modern.az

Nazirlər Kabinetinin Aparatında hansı şöbə müdirləri qaldı? - TAM SİYAHI  

Nazirlər Kabinetinin Aparatında hansı şöbə müdirləri qaldı? - TAM SİYAHI   

Ölkə

4 İyun 2018, 17:45

Nazirlər Kabineti Aparatının strukturunda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.

 

Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb.

 

Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və Regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayev pensiya yaşlarına çatmaları ilə əlaqədar öz ərizələrinə əsasən tutduqları vəzifədən azad olunublar. Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə yeni yaradılan Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

 

 

Neft və kimya məsələləri şöbəsi Sənaye və energetika məsələləri şöbəsinə birləşdirilib, şöbə müdiri Əsgər Aslanov şöbə müdirinin müavini təyin olunub. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə birləşdirilib və şöbə müdiri Nail Fətəliyev həmin şöbənin müdir müavini vəzifəsinə təyin edilib.

 

Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi Humanitar və sosial məsələlər şöbəsinə birləşdirilib, şöbə müdiri Qurban Sadıqov həmin şöbəyə müdir müavini təyin olunub. 

 

Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatındakı şöbələrə aşağıdakı müdirlər rəhbərlik edirlər:

 

Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev

Nazirlər Kabineti aparatının rəhbərinin müavini - təyinat yoxdur

Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur

Baş nazirinin köməkçisi - Natiq Əzizov

Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski

Baş nazirinin köməkçisi - Sabir Bayramov

Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov

Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev

Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə

Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsini - təyinat yoxdur

Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev

Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva

Mətbuat xidmətinin rəhbəri - Akif Əli

İşlər müdiri - Süleyman Şəfiyev

 
Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.

 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?