Modern.az

Tanınmış aparıcı “Maşın şou”dan kənarlaşdırıldı

Tanınmış aparıcı “Maşın şou”dan kənarlaşdırıldı

5 İyun 2018, 00:21

"Maşın sou"nun daha bir buraxılışı yayımlanıb. Modern.az xəbər verir ki, veriliş başlayan kimi aparıcı Fira Cəlilova ötən gün səhvən əlini maşından götürdüyü üçün oyundan uzaqlaşdırılıb. Bu gün isə səsverməyə bloger Hüseyn Əzizoğlu çıxıb. Oyunda hədəfini öncədən açıqlayan vaner H.Əzizoğlu səs toplayacağı təqdirdə aparıcı İlhamə Bədəlovanı şoudan uzaqlaşdıracağını bildirib.


Sonda kifayət qədər səs toplayan Hüseyn İlhamə Bədəlovanı oyundan uzaqlaşdırıb.

Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, aktyor-müğənni Cavid Novruz, bloger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənnilər Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?