Modern.az

Yeni Orfoqrafiya Qaydaları təsdiqlənmək üçün gələn həftə Baş nazirə veriləcək

Yeni Orfoqrafiya Qaydaları təsdiqlənmək üçün gələn həftə Baş nazirə veriləcək

Mədəni̇yyət

5 İyun 2018, 13:01

“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə  Azərbayacan Milli Elmlər Akademiyasının (AMEA)  Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclasında baxılıb. İndiyə qədər mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələr təhlil olunub, statistikası hazırlanıb və ümumiləşdirilib. Orfoqrafiya Komissiyasının gündəliyinə daxil olan məsələlər təhlil edilib.


Bunu Modern.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, İşçi qrupunun sədri, akademik İsa Həbibbəyli deyib.


AMEA-nın vitse-prezidenti onu da bildirib ki, Orfoqrafiya Komissiyasının bu günlərdə iclas keçirməsinə əsas yaranıb.

“Sadəcə olaraq komissiyanın üzvləri müxtəlif təşkilatlarda çalışdığı üçün  onların hamısına ortaq gün müəyyənləşdirilir. Hesab edirəm ki, gələn həftə Orfoqrafiya Komissiyasının iclası keçiriləcək. Həmin iclasda müzakirə olunub, qəbul edildikdən sonra Orfoqrafiya Qaydaları təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir