14 dekabr 2018, Cümə
Ana Səhifə - MEDİA - Xanım jurnalistlər “Maşın” şouya gedərdilərmi? - “Özünə hörmət edən şəxs...” - MARAQLI  
Xanım jurnalistlər “Maşın” şouya gedərdilərmi? - “Özünə hörmət edən şəxs...” - MARAQLI  
06.06.2018, 12:29

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulrdan biri də Azərbaycan teleməkanının populyar şoularından sayılan “Maşın” realiti-şousudur.  “Xanımlar və cənablar 2” adlanan  növbəti şouda müğənnilərlə yanaşı, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Firuzə Cəlilova kimi bir neçə xanım aparıcı da təmsil olunur.

Amma verilişə birmənalı münasibət yoxdur. Əksər iştirakçılar sərgilədikləri davranışlara görə qınanılır, təniqdlərə məruz qalırlar.

Maraqlıdır, xanın jurnalistlər  “Maşın” şouya dəvət edilsəydi, iştirak edərdilərmi?

Modern.az saytı bu sualla bir neçə jurnalistə müraciət edib.

“Femida.az” saytının redaktoru Günay Arda:

“Baxmasaq da, sosial şəbəkələrin sayəsində realti-şouların videoları istər-istəməz qarşımıza çıxır. O realti-şoularda iştirak edənlər də, baxanlar da alman və ya isveçlilər deyil. Hamı and-aman edir ki, baxmıram. Bəs o reytinq Banqladeş tamaşaçılarının sayəsində formalaşır? O şou pazzlın bir hissəsidir. İndi şoubazlara yollar açıqdır. Hər sahənin şoubazlarına həyat da, karyera da asandır. Hamı oturduğu yerdə şou göstərir. Biz isə "Maşın"dakı şounu görürük. Hərəmiz cəmiyyət adlandırdığımız o pazzlın bir hissəsiyik, hərəmiz bir cür şou çıxarırıq.

Məni təəssüfləndirən odur ki, aylıq gəliri 200 manat olan insanlar 200 minlik maşını olanlara SMS göndərirlər ki, yenə maşın alsın. Əlikitablı adam nə bu şoulara baxar, nə iştirak edər. Kitab oxumayan, həftədə bir dəfə də olsun filmə baxmayan adamların şoularda hoqqa çıxaran klounlara baxıb həyatdan şikayətlənməyi yersizdir. Bu məsələdə medianı, televiziyanı günahlandırmaq da yersizdir. Hərənin bir işi var. “"Maşın" şouya niyə baxırlar” sualını Təhsil Nazirliyi cavablandırmalıdır. İştirakçıları seçən zaman onlar bilirlər kimə nə təklif edirlər”.

Sputnik.az saytının əməkdaşı İradə Cəlil:

“Mənim ehtiyacım olsa belə , “Maşın” şouda iştirak etmərəm. Çünki burada insanların bir-birinə hörməti qalmır. Maşın nədir ki, ona görə kimsə məni təhqir etsin? Baxsan, ordakıların çoxunun  ehtiyacı yoxdur. Amma tamahkarlıq hissi insanları məhv edib. Şou deyirlər, amma mən heç nə xatirinə o səviyyəyə düşmərəm. Ayıbdı. Təhqirlər, etikadan kənar davranışlar... İyrənirəm sadəcə.. Mənim uşaqlarım o verilişə baxıb nə tərbiyə götürər? Bunu ordakılar düşünmürmü?

“Maşın” şouya baxmıram, uşaqlarımı da qoymuram baxsın. Ara-sıra sosial şəbəkələrdə kadrlar çıxır qarşıma. Dəhşət... İnsan bir maşına görə niyə alçalsın ki?”.

“Qafqazinfo”nun redaktoru Günel Əbilova:

“Təəssüf ki, biz toplumda nəyi pisləyiriksə, sabah ya özümüz onu edirik, ya da ora qatılırıq. Bu həm gündəlik qalmaqallı verilişlərə, həm də “Maşın” şou kimi reytinqli proqramlara aiddir. Dəfələrlə olub ki, sosial şəbəkələrdə bu barədə status yazan həmkarlarımız həmin verilişlərdə sevə-sevə iştirak edirlər, özləri də o qalmaqalın bir parçasına çevrilirlər.

Bizdə həm saytın rəhbərliyini, həm də əməkdaşlarımızı müxtəlif verilişlərə qonaq dəvət edirlər. Birmənalı olaraq “yox” deyirik. Reytinq, qalmaqal üçün nəyisə müzakirə edilən yerdə olmağı özümüzə yaraşdırmıram. Bu səbəbdən “Maşın” da mənim üçün həmin verilişlər sırasındadır. Bu tip verilişlərə qatılan ulduzlar diqqətli olmalıdır. Belə verilişlər hamı üçün uğurlu olmur, illərlə qazandığını ad-sanı, nüfuzu bir hərəkətinlə itirə bilərsən”.

Radio Antenn-101FM-in aparıcısı Əzizə İsmayılova:

“Mən iştirak etməzdim. Səbəb odur ki, şou adamı deyiləm və cəmiyyət qarşısında şou yarada biləcək bir qabiliyyətim yoxdur. Şounun müsbət və mənfi tərəflərinə gəlincə, zənnimcə, bu, baxış bucağına bağlı olan bir şeydir. Öz payıma mənfi və ya müsbət heç nə axtarmıram.  Çünki şounun konsepti sadəcə qazanc üzərində qurulub və hər şey ancaq qazanca hesablanıb. Daha çox qalmaqal, bir o qədər çox pul, sponsor deməkdir. Yəni, düşünürəm ki, bu bir şoudur, məqsəd daha çox pul qazanmaqdırsa, o zaman başqa nəsə gözləmək yaxud müzakirə etmək yersizdir. Əgər məqsədlərinə nail olurlarsa, kanal vaxt, sponsorlar kifayət qədər pul, tamaşaçılar da SMS-ə filan qədər pul ayıra bilirlərsə, burda mənfi ya müsbət nəsə axtarmağa dəyməz. Əgər iştirakçılar və təşkilatçılar üçün tamaşaçı auditoriyasına nəyi təbliğ etdikləri və ya auditoriyanın fikri önəm kəsb etmirsə, o zaman nəyi və niyə müzakirə edirlər ki? Sadəcə kanalı çevirmək yaxud söndürmək kifayət edər. Müzakirələr yanan ocağa körük effekti verir ki, bu da yenə də təşkilatçıların və sponsorların xeyrinədir.
Qısacası: bu bir oyundur, oynamaq istəyənə də meydan verilib. Baxanlara ancaq-"oyunçu aparsın"- demək qalır”.

Fransizdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynəb Kazımova:


“Sözün düzü,  Murad Dadaşovu məharətli şoumen kimi çox bəyənirəm. İstedadlı insandır. Onun iştirak etdiyi layihələr hər zaman böyük maraq doğurur. Düzü, “Maşın” şouya baxmıram və etiraf edim ki, heç əvvəlkilərə də baxmamışam. Təkcə mediada  bu haqda çıxan  xəbərləri  oxuyuram. Mənə belə bir dəvət gəlməyib. Ona görə dəvət olunaramsa, nə qərar verəcəyimi öncədən deyə bilmirəm”.

“Yenicag.az” saytının əməkdaşı  Cəvahir  Nehru:


“Getməzdim. Jurnalist olaraq, şou-biznes aləmini bir-birinə qatsam da (gülür),  xarakter olaraq şoudan uzaq insanam. Gündəm yaratmaqdan zövq alıram. Amma özüm şəxs olaraq, gündəm və üzdə olmaq arzusunda olmamışam. Heç şou verilişlərə getmirəm, qaldı ki, “Maşın” şouya”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp
14.12.2018, 23:29

“Şimali Koreyanın böyük iqtisadi uğur üçün möhtəşəm potensialı var” - Tramp

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı
14.12.2018, 23:14

Ermənistanda sonuncu rusdilli televiziya proqramı da bağlandı

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü
14.12.2018, 23:00

Təhlükəsizlik qüvvələrinə hücumda 6 nəfər öldü

“Möhtəşəm planlarım var”- Emin Ağalarov
14.12.2018, 22:51

“Möhtəşəm planlarım var”- Emin Ağalarov

Çin Amerika avtomobillərindən vergi almayacaq
14.12.2018, 22:38

Çin Amerika avtomobillərindən vergi almayacaq

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi
14.12.2018, 22:26

Bakı sakini özünü 16-cı mərtəbədən atmaq istədi

Kanadada qiymətli almaz tapıldı
14.12.2018, 22:10

Kanadada qiymətli almaz tapıldı

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı
14.12.2018, 21:56

Türkiyənin antiterrror əməliyyatı qalmaqal yaratdı

Alimdən XƏBƏRDARLIQ:
14.12.2018, 21:42

Alimdən XƏBƏRDARLIQ: "Vulkanların yaxınlığında evlərin olması təhlükəlidir"

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb
14.12.2018, 21:27

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi
14.12.2018, 21:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələndi

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır
14.12.2018, 21:02

Bərdə və Ağcabədidə DOST mərkəzləri yaradılır

Zəhərlənmədə 12 nəfər öldü
14.12.2018, 20:46

Zəhərlənmədə 12 nəfər öldü

Parisin müdafiəsinə 8 min polis cəlb edildi
14.12.2018, 20:33

Parisin müdafiəsinə 8 min polis cəlb edildi

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı
14.12.2018, 20:16

Ankarada qatarın qəza anının VİDEOSU yayıldı

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi
14.12.2018, 20:03

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü
14.12.2018, 20:00

Yevlaxda xəyanət üstündə qətl - Ər arvadını öldürdü

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi
14.12.2018, 19:46

Azərbaycanda məzhəblər arasında həmrəylik mövcuddur - Dövlət Komitəsi

Lavrov Tahir Salahovun sərgisində olub
14.12.2018, 19:29

Lavrov Tahir Salahovun sərgisində olub

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI
14.12.2018, 19:20

İlham Əliyev FHN əməkdaşlarının təltif etdi - SİYAHI

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar
14.12.2018, 19:09

AMEA-nın Rəyasət Heyəti toplandı - Yeni təyinatlar

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI
14.12.2018, 19:00

Daha 3959 arıçıya subsidiya verilməsi barədə qərar qəbul edildi - SİYAHI

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT
14.12.2018, 18:52

Füzuli sakinlərindən Əbülfəz Qarayevə MÜRACİƏT

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib
14.12.2018, 18:43

Ombudsman əməkdaşları 16 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO
14.12.2018, 18:34

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO
14.12.2018, 18:25

Azərbaycan Fransadakı festivalda təmsil olunub - FOTO

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN
14.12.2018, 18:10

Aqrar sahəyə aid yeni qurum yaradıldı - FƏRMAN

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı
14.12.2018, 17:57

Prezident yol tikintisinə 2.82 milyon manat ayırdı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı
14.12.2018, 17:44

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Bakcell növbəti müsabiqə elan etdi
14.12.2018, 17:22

Bakcell növbəti müsabiqə elan etdi

Manat 3 gün bu məzənnədə olacaq
14.12.2018, 17:10

Manat 3 gün bu məzənnədə olacaq

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı   
14.12.2018, 17:07

Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı  

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR
14.12.2018, 17:05

FHN əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar verildi - ADLAR

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!
14.12.2018, 17:02

Deputat qazidən yazdı: Vətən həm də sizlərin qeyrəti və əməlidir!

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 
14.12.2018, 17:00

Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib 

UNEC yeni əməkdaşlığa başlayır
14.12.2018, 16:55

UNEC yeni əməkdaşlığa başlayır

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI
14.12.2018, 16:49

Leyla Əliyeva Qarabağa gedən rusiyalı qadınlara cavab YAZDI

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı
14.12.2018, 16:37

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  
14.12.2018, 16:34

Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU  

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək
14.12.2018, 16:30

Jurnalistlərin binası ətrafında ağaclar əkiləcək

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO
14.12.2018, 16:29

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO
14.12.2018, 16:24

Beynəlxalq simpozium iştirakçıları Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edib - FOTO

İlham Əliyev iranlı naziri qəbul etdi   
14.12.2018, 16:19

İlham Əliyev iranlı naziri qəbul etdi  

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI
14.12.2018, 16:15

“Özkardeşlər” və “Qızıl balıq” BAĞLANDI

Nazirdən Ermənistana XƏBƏRDARLIQ 
14.12.2018, 16:14

Nazirdən Ermənistana XƏBƏRDARLIQ 

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR
14.12.2018, 16:09

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR

Bu il Azərbaycanda qış sərt keçməyəcək – RƏSMİ
14.12.2018, 16:07

Bu il Azərbaycanda qış sərt keçməyəcək – RƏSMİ

Bakıda Zooparkının 90 yaşı oldu
14.12.2018, 16:00

Bakıda Zooparkının 90 yaşı oldu

Bəzi bələdiyyələr ləğv olunacaq
14.12.2018, 15:59

Bəzi bələdiyyələr ləğv olunacaq

Sərhəd Qoşunları düşmənlə üzbəüz döyüş postlarını təhvil aldı
14.12.2018, 15:52

Sərhəd Qoşunları düşmənlə üzbəüz döyüş postlarını təhvil aldı

ARXİV