Modern.az

Peşə Təhsil Mərkəzinə işçi axtarılır  

Peşə Təhsil Mərkəzinə işçi axtarılır   

6 İyun 2018, 13:47

Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə aşağıdakı sahələr üzrə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilir:

İKT (Veb-dizayn, şəbəkənin quraşdırılması və təmiri, proqramlaşdırma)

 Avtomobil (Mühərrikin təmiri, korpusun təmiri və boyanması, elektrik )

 Mexanika (Ümumi mexanika, CNC-tornaçı və frezləmə dəzgahlarının işi, Auto CAD/CAM)

 Sənaye sahəsində quraşdırma (Xüsusi qaynaq, qövs qaynaq santexnika)

 Elektrik (PLC & İdarəetmə qurğusu, elektromontaj işləri, texniki xidmət)

 Elektronika (Elektrik avadanlıqlarının təmiri, rəqəmsal-mikroprosessor, Analoq -ümumi elektron sxemlər)

 Avtomatlaşdırma (İstehsal proseslərinin avtomatlaşdırılması, hidravlika, pnevmatika)

 İnşaat (Auto CAD, dülgər, interyer)

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum 2 il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər.

İşə qəbul olunan mütəxəssislərə 2 ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti 3 ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir.

Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əmək haqqı yüksəkdir.

İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini [email protected]  elektron poçt ünvanına  göndərə bilərlər.

Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı