Modern.az

Binəqədinin yeni icra başçısı Kapital Bank-ın sədrinin qardaşıdır  

Binəqədinin yeni icra başçısı Kapital Bank-ın sədrinin qardaşıdır   

6 İyun 2018, 15:31

Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.


Əldə etdiyimiz məlumata görə, Elxan Allahverdiyev özəl tikinti şirkətlərindən birinə rəhbərlik edib.

Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər