Modern.az

Qəddafinin "sarışın gözəli" ondan danışıb: ""Papik" çox mərhəmətliydi"

Qəddafinin "sarışın gözəli" ondan danışıb: ""Papik" çox mərhəmətliydi"

Reportaj

5 Sentyabr 2011, 09:34

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi rejiminə qarşı qiyamlar başladıqdan sonra ölkədən qaçan və o gündən sonra aqibəti maraq doğuran polkovnikin tibb bacısı Oksana Balinskaya danışıb. 

“Vikiliks”in sənədlərində Q'ddafinin "seksual sarışını" olaraq adı çəkilən Oksana Balinskaya CNN-ə müsahibə verib. Onun sözlərindən bəlli olub ki, son dövrdə beynəlxalq ictimaiyyətdə mərhəmətsiz bir lider olaraq qeyd edilən Qəddafi 25 yaşındakı Balinskaya üçün tam fərqli bir insan imiş.

Qəddafi üçün çalışan 5 ukraynalı tibb bacısıdan biri olan Balinskaya 2 il boyunca Liviya liderinin təzyiqini ölçmüş, ürək atışlarını dinləmiş, qanını müayinə etmiş, vitaminlərini vermişdir. Balinskaya Qəddafinin sağlam bir insan olduğunu vurğulayıb.

O.Balinskaya, Qəddafidən "atacıq" mənasını verən "papik" sözüylə bəhs edib. ”"Papik” bizə iş, pul və gözəl bir həyat verdi" deyən Balinskaya bildirib ki, Qəddafinin öldürülməsi və ya həbs olunması onu çox üzəcək. O, polkovnikin öz ətrafındakı sarışın tibb bacılarına qarşı çox normal davrandığını da qeyd edib: "Xoşbəxt olub-olmadığımızı, bir şeyə ehtiyac duyduğumuzu soruşardı".

Hər il sentyabr ayında iqtidara gəlməsinin ildönümündə Qəddafinin tibb bacılarına və yaxın ətrafındakılara hədiyyələr verdyini deyən Oksana Balinskayanın payına bir medalyon və üzərini polkovnikin rəsmi bəzəyən bir saat düşüb.

Digər tibb bacıları ilə birgə Qəddafini xarici səyahətlərdə müşayiət edən Oksana bir çox qəzetlərin onları "hərəm" adlandırmasına qarşı çıxıb.

Liviyanın inkişafında Qaddafinin xüsusi rolunun olduğunu vurğulayan Oksana Balinskaya "Qəddafi liviyalıları dəvələrin üstündən endirib avtomobillərə mindirdi" deyib.

Qəddafi 2009-cu ilin oktyabr ayında Ukraynanı ziyarət etdiyində Balinskaya vətənində tibb bacısıymış və çox az pul qazana bilirmiş. O, Liviyaya getmə şərtlərin daha yaxşı olduğunu bildiyində Qəddafiylə hələ tanış deyilmiş və iş üçün müraciət edibmiş.
Daha sonra Qədafini ziyarəti zamanı Oksana 6 namizəd arasından seçilib və Liviyaya aparılıb.

"Məni necə seçdiyini bilmirəm, bəlkə də yaxşı bir psixoloqdur".

Qısa müddət içində Tripoliyə gələn Oksana Balinskaya vəzifələrinin yalnız Qəddafi və ailəsini müalicə etmək olduğunu deyir. Qaydalar da çox möhkəmmiş: "Diqqət çəkməmək üçün çox təvazökar geyinirdik. Evin içində pomada belə sürtə bilməzdik, rəngli paltarlar geyə bilməzdik".
Qəddafiylə heç bir zaman baş-başa qalmadıqlarını da vurğulayan Balinskaya "evin içində onunla tək başımıza qala biləcəyimiz bir otaq belə yox idi" deyir. Bu səbəbdən Qəddafinin tibb bacılarıyla cinsi əlaqə yaratdığı xəbərləri onu çox çaşdırıb.
Oksana Qəddafinin qadın cangüdənlərinə cinsi təcavüz etməsi xəbərlərinə də inanmadığını qeyd edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı