Modern.az

Bağdadda partlayış: 7 ölü, 20 yaralı - YENİLƏNİB

Bağdadda partlayış: 7 ölü, 20 yaralı - YENİLƏNİB

7 İyun 2018, 01:07

İraq paytaxtında daha bir partlayış törədilib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticədə ikisi uşaq olmaqla 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Məlumata əsasən, partlayıcı qurğular məscidin yaxınlığında işə düşüb. Yaxınlıqdakı yaşayış evlərinə ziyan dəydiyi bildirilir.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

 

23:47

 

İraqda növbəti dəfə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  hadisə paytaxt Bağdadın şərqindəki Madinat əs Sadr rayonunda baş verib.

 

Qeyd olunur ki, populyar qəhvəxanalardan birinin yaxınlığında minalanmış avtomobil partlayıb. Hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi