Modern.az

Mətanət Əliverdiyeva "Maşın" şoudan getdi

Mətanət Əliverdiyeva

Mədəni̇yyət

7 İyun 2018, 00:17

"Maşın" şouda daha bir gün geridə qaldı. Modern.az xəbər verir ki, bu dəfə səsverməyə aparıcı Mətanət Əliverdiyeva çıxıb.

Verilişin əvvəlində Mətanət Əliverdiyeva səs toplayacağı təqdirdə aparıcı Aytən Səfərovanı uzaqlaşdıracağını vurğulayıb.

Sona yaxın hədəfinin Aytən Səfərova olmayacağını bildirən Mətanət Əliverdiyeva 24,66 faiz səslə özü verilişi tərk edib.

Qeyd edək ki, hazırda şou aparıcı Aytən Səfərova, bloger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənnilər Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır