Modern.az

İmamı güllələyən amerikalıya ömürlük həbs verildi

İmamı güllələyən amerikalıya ömürlük həbs verildi

7 İyun 2018, 09:42

Nyu-York ştatının Ali Məhkəməsi yerli sakin Oskar Morelaya imam Maulan Akonce və onun köməkçisi Tara Uddini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2016-cı ilin avqustunda Kuins rayonunda Əl-Furkan məscidində baş verib.

Morel qurbanlarına yaxınlaşaraq 55 yaşlı imamı və 64 köməkçisini güllələyib.

 

Həbs olunan Morelin evindən qətldə istifadə etdiyi tapança tapılmışdı. Qətlə yetirilən imamın və köməkçisinin əslən Banqladeşdən olduğu bildirilir.  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir