Modern.az

Rusiya və ABŞ generallarının növbəti görüşü yenə Bakıda olacaq?

Rusiya və ABŞ generallarının növbəti görüşü yenə Bakıda olacaq?

Dünya

7 İyun 2018, 11:00

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında növbəti görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüşün iyunun 8-də baş tutacağı bildirilir. Gerasimov və Danfordun Finlandiya prezidenti Sauli Niinistö və ordu komandanı general Yarmo Lindberglə görüşəcəyi də gözlənilir.

 

ABŞ və Rusiya generallarının Suriya münaqişəsini və gərginliyi azaltma yollarını gözdən keçirəcəkləri bildirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!