Modern.az

Moskvada azərbaycanlılar etiraz etdi - zibil qutularının üzərindəki rənglər dəyişdirildi - FOTOLAR

Moskvada azərbaycanlılar etiraz etdi - zibil qutularının üzərindəki rənglər dəyişdirildi - FOTOLAR

Mədəni̇yyət

7 İyun 2018, 11:11

Bir neçə ay bundan əvvəl  Moskvada bir  Rusiya şirkəti zibil qutusunu Azərbaycan bayrağının rənginə oxşar rənglərlə bəzəmişdi.

Nəticədə bu hadisə Rusiyadakı azərbaycanlıların etirazına səbəb olmuşdu.

Bununla bağlı Rusiyada yaşayan həmyerlimiz  Daşqın Rəcəbli Modern.az saytına məlumatında demişdi:

“Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutularının qoyulması təsadüf ola bilməz. Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

Modern.az  saytının məlumatına görə, müraciətlər müsbət nəticələnib. Belə ki, Moskvada azərbaycanlının  şikayətindən sonra bayrağımızın rəngləri zibil qutusunun üzərindən götürülüb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir