Modern.az

Hər gün istifadə edirik, ömrümüzü qısaldırıq – Ekspertlərdən “SOS” siqnalı

Hər gün istifadə edirik, ömrümüzü qısaldırıq – Ekspertlərdən “SOS” siqnalı

7 İyun 2018, 12:20

Onların adı gələndə “Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib” də deyə bilərik. O səbəbdən ki, bir dəfə istifadə etməklə özümüzə rahatlıq yaratmaq qənaətindəyik. Əslində isə...

 

Məsələnin əsli daha qorxuludur. Paytaxtdakı bəzi kafelərdə çayı və kofeni müştərilərə plastik stəkanlarda təqdim edirlər. Halbuki, bu, şüşə, kağız və kartonda təqdim olunsa, insanların sağlamlığı baxımından daha yaxşı olar.

 

Digər bir məqam isə alış-veriş mərkəzlərində plastik və polietilen torbalara yer verilməsidir. Nəzərə alsaq ki, ərzaqlarımızı bu cür məhsullardan hazırlanan torbalara yığırıq, deməli, orqanizmimiz artıq təhlükəli xəstəliklərlə birbaşa təmasdadır.

Halbuki, əvvəllər parça torbalardan istifadə olunurdu.

 

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq mütəxəssis rəyinə yer verməyə çalışıb.

 

Ekoloq Telman Zeynalov deyir ki, məsələ çox ciddidir.

 

“Sovetlər Birliyi dağılandan sonra canilər, oğrular meydana çıxmağa başladı. Onlara hansı yolla olursa-olsun pul qazanmaq lazımdır. Onlar üçün dövlətin, xalqın mövcudluğunun əsası yoxdur. Fikirləşmirlər ki, cəmiyyətə bunları sırımaqla özləri də, övladları da məhv olub gedirlər. Düşünürlər ki, pullarını qazanıb xaricdə gedib müalicə olunacaqlar. Artıq bir çox xəstəlikləri heç xaricdə də müalicə etmək olmur.  Plastilin və polietilen torbalardan canımızı qurtarmaqla bağlı Milli Məclis qərar qəbul etməlidir. Həmin şirkət rəhbərlərinə cəza kəsilməlidir ki, bir daha bu yola əl atmasınlar. Əvvəllər istifadə olunan parça torbalara çoxdan qayıtmaq lazım idi. Çünki onlar daha təhlükəsiz idi”

 

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev isə düşünür ki, polietilen torbalardan imtina etməyin zamanıdır.

 

“Təəssüf ki, ölkəmizin hər yerində plastik və polietilen torbalara rast gəlmək mümkündür. Halbuki, dünyanın inkişaf etmiş bir çox ölkələrində bu məsələ öz həllini tapıb. Hər dəfə mağazaya daxil olan zaman satıcıya “mənə 15 sellofan lazım deyil” deməkdən yorulmuşam.  Düşünmək istəmirik ki, bunlar bizim sağlamlığımıza təhlükədir. Düşünmək istəsək bunlardan imtina edərik. Əslində, bunlardan imtina etmək çətin iş deyil. Məsələn, o polietilen sellofanların əhaliyə pulsuz verilməsinə qadağa qoyulmalıdır. Ancaq satılmalıdır.

 

O zaman heç kəs o xəstəlik mənbəyinə yaxın durmayacaq. Biz mağazaya daxil olanda ət məhsullarından tutmuş bir çox məhsulları sellofana büküb verirlər. Bu, yolverilməzdir.  Sovet dövründə hamı parça torbalardan istifadə edirdi. Düşünürəm ki, yenidən kağız, parça torbalara keçməyin zamanıdır. Hərçənd ki, bu zaman çoxdan keçib. Avropada polietilen torbalara çoxdan qadağa qoyulub. Biz də bunu dövlət səviyəsində etməliyik. Sadəcə, bu işə əmək sərf etmək üçün iradə lazımdır”

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır