Modern.az

Paşinyan oğlunun Qarabağda könüllü xidmətə getməsindən DANIŞDI

Paşinyan oğlunun Qarabağda könüllü xidmətə getməsindən DANIŞDI

7 İyun 2018, 12:37

Ermənistan hökumətinin proqramını parlamentə təqdim edən baş nazir Nikol Paşinyan Qarabağ münaqişəsinə də toxunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə deyib:

 

“Ermənistan nümayəndələri 1998-ci ildən bəri Qarabağ adından danışıqlar aparmağa başlayıblar. Robert Koçaryan bundan əvvəl Qarabağın prezdenti olub. Serj Sarkisyan isə özünümüdafiə dəstələrinin təşkilində rol oynayıb. Onlar bizim yanaşmamızdan asılı olmayaraq danışıqları öz adlarından aparırdılar. Amma mən bu məsələdə özümü səlahiyyət sahibi görə bilmirəm. Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşmasında iştirak etmir. Onların öz prezidenti və hökuməti var. Dağlıq Qarabağ xalqı münaqişənin əsas tərəfi kimi sülh danışığı prosesində həlledici səsə malik olmalıdır”.

 

Ordu quruculuğuna toxunan Paşinyan zabitlərin az maaş almasından gileylənib.

“Mən fəxr edirəm ki, oğlum Qarabağda könüllü hərbi xidmət keçəcək. Bununla yanaşı, hər kəsin orduda xidmət keçməli olduğunu xatırladıram. Zabitlərin aldığı maaşlar da qaldırılacaq”. 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər