Modern.az

Payızda metronun daha bir stansiyası təmirə BAĞLANACAQ

Payızda metronun daha bir stansiyası təmirə BAĞLANACAQ

7 İyun 2018, 12:43

Yaxın 3 ay ərzində metronun "Xətai" stansiyası təmirə bağlanmayacaq.

 

Modern.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

O, "Xətai" stansiyasının bir hissəsində təmir işlərinin aparıldığını vurğulayıb:

“Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırırıq ki, "Xətai" stansiyasını payız aylarında təmirə bağlayaq. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək".

H.Məmmədovun sözlərinə görə, "Bakmil" stansiyasında təmir işləri aparılacaq:

“Stansiyada təmir işləri mərhələli aparılacaq. Çalışacağıq ki, stansiya təmir zamanı bağlanmasın. Çünki, metronun əsas vəzifəsi sərnişin daşımaq, onların təhlükəsiz daşınmasınə təmin etməkdir. Buna görə də, stansiyanın təmirinin sərnişinlərə mane olmamasına çalışırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir