Modern.az

Ronaldu “Real”dan gedir - YENİLƏNİB

Ronaldu “Real”dan gedir - YENİLƏNİB

7 İyun 2018, 17:46

Kriştianu Ronaldunun "Real Madrid" klubunu tərk edəcəyi dəqiqləşib.

 

Modern.az xəbər verir ki, 33 yaşlı futbolçunun agenti Jorje Mendeş də xəbəri təsdiqləyib. Onun klub prezidenti ilə əmək haqqı məsələsində razılaşa bilmədikləri bildirilir.

 

***

Portuqaliya millisinin və “Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək qərarına gəlib.

 

Modern.az Portuqaliyanın “Record” dərgisinə istinadən xəbər verir ki, futbolçu bununla bağlı yekun qərar verib.

 

Ronaldunun “Barselona”nın hücumçusu Lionel Messi və “PSJ”nin ulduzu Neymardan daha az maaş almasının onu narazı saldığı bildirilir. Paralel olaraq, “Kral klubu”nun inadla Neymarı almaq niyyəti, yaxşı münasibətlərdə olduğu Zinəddin Zidanın baş məşqçi postundan getməsi də Ronaldunun qərarına təsir edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir