Modern.az

Lavrovdan önəmli Qarabağ AÇIQLAMASI

Lavrovdan önəmli Qarabağ AÇIQLAMASI

7 İyun 2018, 15:09

“Moskva Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı maraqlar çərçivəsində həllinə yardımçı olmağa hazırdır”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşü zamanı deyib. O, Moskvanın mövqeyinin dəyişməz qaldığını da xatırladıb.

 

“Moskva həmişə Qarabağ münaqişəsinin həllinini ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənoistan arasında həllinə tərəfdar olub. Biz əminik ki, bu danışıqlar üçün optimal formatdır. Fransızlarla və amerikalılarla birlikdə biz Bakı və Yerevanın aralarında razılaşa biləcəkləri şərtlər yaratmağa çalışırıq. Əgər danışıqlar zamanı tərəflər Dağlıq Qarabağın prosesin tərəfi olması barədə qərar versələr, biz buna hörmətlə yanaşacayıq. Minsk qrupunun işi bir neçə mərhələ keçib. Müəyyən mərhələlərdə Dağlıq Qarabağın nümayəndələri də prosesdə iştirak ediblər. Lakin sonradan tərəflərin razılığı əsasında formar dəyişdirilib və müasir formaya salınıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi