Modern.az

İtaliyada ölən azərbaycanlı tələbənin atası jurnalistləri QINADI: “Yalan yazmayın!”  

İtaliyada ölən azərbaycanlı tələbənin atası jurnalistləri QINADI: “Yalan yazmayın!”  

7 İyun 2018, 15:37

İtaliyada oxuyan  azərbaycanlı tələbə Elnur Babayevin meyiti  artıq bir neçə gündür tapılmır. Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı E. Babayevin Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirdiyi yazılır. Əməliyyat qrupları meyiti axtarmağa davam etsə də, nəticəsi yoxdur.

Buna baxmayaraq bəzi məbuat orqanlarında tələbənin meyitinin tapılıb valideynlərinə təhvil verildiyi qeyd edilib.

Modern.az-ın məlumatına görə, Elnur Babayevin atası Rafiq Babayev jurnalistlərə müraciət edib.


O bildirib ki, bəzi KİV-lər meyitin tapıldığı barədə əsassız məlumat yayıb.


“Jurnalistlər İtaliyada oxuyan oğlum Elnurun  faciəsi , meyitinin tapılması haqqında məlumat yayıblar.  Hansı mənbələrə istinadən yazdıqlarını  bilmirəm. Amma dəqiq məlumatı yaxınlarından öyrənməlidirlər. Mən onun atasıyam, hadisə ayın 2-si olub. Ayın 4-ündən burdayam və  işlər görülsə də, hələ ki heç bir nəticə yoxdur. Azərbaycanın tələbələri həmin gündən hadisə yerindən uzaqlaşmırlar, öz köməkliklərini göstərirlər. Lazimi orqanlara müraciətlərini çatdırırlar.

Təəssüf edirəm ki, yanlış məlumatlar yazırlar,  Elnurun tapılıb valideynlərinə verildiyi bildirir. Xahiş edirəm, nəyinsə xatirinə bizim hissimizə toxunmasınlar. Burda işlər gedir, səfirlik, konsulluq tərəfindən lazimi işlər görülür. Lakin təəssüf ki, mən istədiyim nəticə yoxdur. Nəticə olanda saytlarda informasiya yerləşdiriləcək. Siz düzgün məlumatı ancaq məndən öyrənə bilərsiniz. Mən Elnurun valideyniyəm.  Nəyinsə xatirinə hər şeyi yazmasınlar. Bu nə bizim mentalitetimizə, nə də sizin qələminizə yaraşır. Hansı sayt yalan məlumat yaysa, müvafiq qurumlara müraciət edib tədbir görmələrini xahiş edəcəm.  Bizə kömək etmək istəyirsiniz, gözləyin  balamız tapılsın sonra məlumat yayarsınız”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi