Modern.az

ABŞ-da çalışan azərbaycanlı həkim məşhur türk aparıcını xilas etdi - FOTO

ABŞ-da çalışan azərbaycanlı həkim məşhur türk aparıcını xilas etdi - FOTO

7 İyun 2018, 17:04

Tanınmış  türkiyəli aparıcı Erkan Yolaçı azərbaycanlı həkim müalicə edəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün halı pisləşən aparıcı xəstəxanaya yerləşdirilib.

Belə ki, aparıcı E.Yolaç həyat yoldaşı Asuman Yolaçla birlikdə 2 həftə əvvəl oğlu  Mehmet Yolaçı, həmçinin yeni doğulan nəvələrini ziyarət etmək üçün Amerikaya gediblər.  Aparıcının həyat yoldaşı “Erkan 28 may tarixində qrip oldu. 3 günlük  qızdırma və huşsuzluqdan sonra onu Nyu-York şəhərinin “Presbyterian Weill Cornell” adlı Tibb Mərkəzinə apardıq. Ona  pnevmoniya diaqnozu qoyuldu.  Hazırda müalicəsi davam edir”- deyə bildirib.

A.Yolaç qeyd edib ki, aparıcını azərbaycanlı həkim  müalicə edir:

“Xoşbəxtlikdən İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinin məzunu, Bakı doğumlu Cavid Ələkbərli ilə qarşılaşdıq. Cavid Ələkbərli Erkanın  verilişlərini izləyib və onu tanıyır. Buna görə də həyat yoldaşımın müalicəsini öz boynuna götürdü”.


Aparıcının həyat yoldaşı həmçinin Erkan Yolaçın nə zaman xəstəxanadan çıxacağının  bəlli olmadığını deyib: “Ən böyük istəyimiz 24 iyunda vətəndaşlıq vəzifəmizi yerinə yetirə bilmək üçün Türkiyəyə geri qayıtmaqdır”.

Qeyd edək ki, Erkan Yolaç Türkiyə teleməkanının məşhur "Evet-hayır" verilişində aparıcılıq edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu