Modern.az

Musa Tükənova hökm oxundu, məhkəmə zalından buraxıldı  

Musa Tükənova hökm oxundu, məhkəmə zalından buraxıldı   

Aktual

7 İyun 2018, 17:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Vahid Kommunist Partiyasının sədri, “Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Modern.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə M.Tükənova  hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və M.Tükənov məhkəmə zalından azadlığa buraxılıb.

Bundan əvvəl prokuror  M.Tükənovun 10 il müddətinə azadlıqda məhrum edilməsini istəmişdi.


Qeyd edək ki, ötən ilin noyabrında 3 nəfər əlil şəxs Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovdan şikayət edib.

 Həmin şəxslər şikayətlərində bildiriblər ki, M.Tükənov onlardan pul alıb və geri qaytarmayıb. Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!