Modern.az

Milli Məclisin 5 deputatına vəzifə veriləcək  

Milli Məclisin 5 deputatına vəzifə veriləcək   

7 İyun 2018, 17:47

Milli  Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər təyin olunacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri vəzifəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyindən, Astan Şahverdiyev isə vəfat etdiyindən onlar  Milli Məclisin komitələrindən, Azərbaycanın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibindən və parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsindən çıxarılıblar.

Yaxın vaxtlarda Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir