Modern.az

Bakıda II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirildi

Bakıda II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirildi

7 İyun 2018, 20:03

Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası II Yelizavetanın doğum günü münasibətilə Bakıda qəbul keçirilib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb.

 

Daha sonra çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə arasında dostluq və qarşılıq faydalı əməkdaşlıq əsasında davam edən əlaqələrin tarixi 26 ildən artıqdır: "Əlaqələrimiz enerji və qeyri-enerji sektoru daxil olmaqla, bir sıra sahələri əhatə edir. Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı reallaşan Cənub Qaz Dəhlizi layihəsi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüqlər açır. "Əsrin müqaviləsi"nin 2050-cı ilə qədər uzaldılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına xidmət edəcək. Hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir. Əminəm ki, qarşılıqlı  faydalı əməkdaşlıq gələcəkdə daha da güclənəcək".

 

Qeyd edək ki, tədbir daha sonra konsert proqramı ilə davam etdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı